Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Abacus Audit And Consulting" MMC-dir.
Qalib şirkətə 32,5 min manat ödəniləcək.
Ötən il bu tenderin qalibi "HLB Azərbaycan" MMC olub. Şirkətə 49 min manat ödənilib.