Beyləqanda azyaşlı yüksək hərarətdən ölüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Birinci Şahsevən kəndinə baş verib.
Valideyinləri temperaturu qalxan azyaşlı Səlimzadə Sultan Səlim oğlunu xəstəxanaya apararkən uşaq yolda ölüb.
Faktla bağlı araşdırma başlanıb.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, avqustun 10-u saat 03:50 radələrində 2025-ci il təvəllüdlü körpə (kişi cinsli) halın pisləşməsi səbəbilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
“Müayinə zamanı körpəyə kəskin respirator xəstəlik diaqnozu təyin edilib. Körpəyə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müayinə üçün evə buraxılıb. Lakin həmin gün körpənin yenidən halı pisləşib və həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, ölümün səbəbi pataloji-anatomik təşrihdən sonra dəqiq müəyyənləşəcək. Hazırda faktla əlaqədar aidiyyəti qurumlar, o cümlədən TƏBİB-in Pediatrik ölümlərin təhlili komissiyası tərəfindən araşdırma aparılır”.
Ziya Əmirxanlı