AZ

RİNN yeni səlahiyyətlər əldə edib

Keçmiş deputat Vahid Əhmədov 1993-cü ildə baş vermiş hadisə barədə danışıb. Həmin vaxt hakimiyyətdə Heydər Əliyev idi, Əhmədov isə baş nazirin müavini vəzifəsini tuturdu.

“O vaxt müdafiə ilə bağlı müşavirə keçirirdik və Ukraynadan silah idxalını müzakirə edirdik. O zaman Rusiya bizə silah vermirdi, vəziyyət çətin idi. Bəzi növ silahlar çatışmırdı”, – deyə o bildirib.

Daha sonra Heydər Əliyev, Ukraynanın o vaxtkı baş naziri ilə yaxşı münasibətləri olan Əhmədovdan xahiş edir ki, həmin ölkədən silah gətirsin. Ukrayna tərəfi buna razılıq verir, lakin əvəzində pul deyil, yanacaq istəyir.

“Müdafiə nazirinə zəng edib lazım olan silahların siyahısını istədim. Təxminən 100 ədəd silah, tank və digər texnikanı Azərbaycana gətirdik”, – deyə Əhmədov qeyd edib.

Lakin sonradan Heydər Əliyevin də iştirak etdiyi bir görüşdə Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər ki, Ukraynadan gətirilən tanklar Azərbaycanın ərazisində işləmir.

Prezidentin “bu nə deməkdir?” sualına Əhmədov cavab verib ki, Müdafiə Nazirliyinin sifariş etdiyi hər şeyi gətirib.

Elə həmin an Baş Qərargah rəisi Nəcməddin Sadıkov bildirib ki, guya onlar belə bir sifariş verməyiblər.

Bunun üzərinə Əhmədov Müdafiə Nazirliyinin sifariş məktubunu gətirərək Heydər Əliyevə göstərib. Prezident isə çox əsəbiləşərək deyib: “Bu nə ayıbdır, utanmırsınız?! Siz sifariş etdiyiniz şeyləri gətiriblər”.

Seçilən
5
1
vaxt.az

2Mənbələr