AZ

Mançester Yunayted” danimarkalıya görə Portuqaliya klubuna təklif göndərəcək

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Mançester Yunayted" "Sportinq"in yarımmüdafiəçisi Morten Yulmannanın transferini nəzərdən keçirir. Sport24.az  "Sky Sports"a istinadən xəbər verir ki, "mankunianlılar" "Brayton"un futbolçusu Karlos Noomla anlaşa bilməsələr, 26 yaşlı danimarkalıya təklif göndərməyə hazırdılar.

Klub rəhbərliyi futbolçunun oyununu canlı izlmək üçün artıq  skautlarını Lissabon təmsilçisinin matçlarına göndərib və yaxın vaxtlarda konkret təkliflə çıxış edəcəklər.

Qeyd edək ki, Yulmann ötən mövsüm bütün turnirlərdə 47 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Danimarkalının "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir və onun bazar dəyəri 26 milyon avro olaraq qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
sport24.az

1Mənbələr