30 ildən çox davam edən yurd həsrətinə artıq bu gün son qoyulur.
Bunu “Report”un Ağdərəyə ezam olunan əməkdaşına açıqlamasında Kolatağ kənd sakini Rəşadət Musayev bildirib.
O, kəndə beş nəfərlik ailəsi ilə qayıtdığını vurğulayıb:
“Kəndimiz 1992-ci il martın 12-də işğal olundu. Məcburi köçkünlük illərində məskunlaşdığımız Ağcabədi rayonunda çətin günlər yaşadıq. 30 ildən artıq davam edən doğma yurd həsrətinə artıq son qoyulur.
Buna görə çox sevincliyik. Kəndimizə beş nəfərlik ailəmlə qayıdıram. Digər sevindirici məqam odur ki, yurda dönməyin sevincini övladlarım məndən daha çox yaşayırlar”.