AZ

Prokurorluq Oleq Bakinski barədə hökmdən protest verdi

Baş Prokurorluq dələduzluqda təqsirləndirilən, əslən azərbaycanlı kriminal avtoritet Oleq Andreyeviç Krapivin (Oleq Bakinski) və Ukrayna müdafiə sənayesi nazirinin Avrasiya məsələləri üzrə sabiq müavini Konstantin Kuçerin barəsində olan hökmdən apellyasiya protesti verib.

Editor.az -ın məlumatına görə, protest Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. İş baxılması üçün hakim Murad Məmmədovun icraatına verilib.

Məhkəmənin ilk iclası sentyabrın 21-də keçiriləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oleq Bakinski 2 il 6 ay şərti cəza verilib, Konstantin Kuçerə isə 2 il 6 ay azadlıqdan məhrum edilib.

Oleq Bakinski və Konstantin Kuçer 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunublar.

Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham verilib.

Cinayət işi üzrə Rusiya vətəndaşı Valeriy Nikolayeviç Zaxarenkov, “Aviazapçast” ASC və “Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.

Seçilən
22
1
editor.az

10Mənbələr