AZ

Tokayev: Qazaxıstanda ailə-klan sistemi artıq yoxdur

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bəyan edib ki, ölkədə hakimiyyətdə “ailə-klan sistemi” tamamilə ləğv olunub.

“Dövlət qulluğunda meritokratiya prinsipi tətbiq olunur. Vəzifələrə təyinat zamanı ilk növbədə bilik və peşəkarlıq nəzərə alınır”, – deyə o, müəllimlər konfransında bildirib.

Dövlət başçısının sözlərinə görə, həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində “qanuna və qaydaya hörmət sarsılmaz prinsipə” çevrilir.

Xatırladaq ki, 2022-ci ilin yanvarında Qazaxıstanda kütləvi etiraz aksiyaları baş vermişdi. Etirazlar əvvəlcə Janaozen və Aktau şəhərlərində mayeləşdirilmiş qazın qiymətinin ikiqat artırılmasına qarşı başlamış, sonra isə ölkənin digər şəhərlərinə yayılmışdı.

//Samir Qurbanov, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr