Bakı. Trend:
“2025 PM” asteroidi təhlükəli göy cismi kimi təsnif edilir,lakin Yerə yaxın olmasına baxmayaraq, onun planet tərəfindəntutulma ehtimalı çox azdır.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, diametri 50 metr olan “2025 PM” asteroidi buhəftənin sonunda Yer kürəsinin yanından keçəcək. Asteroid avqustun17-də Yerdən Ay orbitinin təxminən bir diametrində məsafədəolacaq.
NASA-nın “Jet Propulsion” laboratoriyası da göy cismininyaxınlaşması barədə xəbərdarlıq edib.
Qeyd olunur ki, “2025 PM” ölçülərinə görə təyyarə ilə müqayisəoluna bilər və Yerə mümkün olan ən yaxın - 1 milyon kilometrdən çoxməsafədə planetimizə yaxınlaşacaq.