Alaskada Tramp-Putin görüşü öncəsi Ukraynaya dəstək mitinqi keçirilib
15 avqustda ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin Alaskada görüşəcək. Görüş ərəfəsində Ankoricdə bir neçə yüz nəfər Ukraynaya dəstək mitinqində iştirak edib.
Editor.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
Protest iştirakçıları səhərdən etibarən toplaşaraq Ukrayna şüarları səsləndiriblər və Rusiyanın işğal etdiyi ərazilərdən oğurladığı 20 min uşaqın geri qaytarılmasını tələb ediblər.
Mitinqdə həmçinin Trampın Putini ABŞ torpağında görüşə dəvət etməsi tənqid olunub. İştirakçılar xatırladıblar ki, Alaska əvvəllər Rusiyanın ərazisi olub və 1867-ci ildə ABŞ-a satılıb.
«Ukrayna və Alaska — bir daha Rusiya olmayacaq», — deyə «Birlikdə Ukrayna üçün» fondunun media nümayəndəsi Ostam Yariş X sosial şəbəkəsində bildirib.
Təşkilatçılar sosial şəbəkələrdə «Alaska tiraniyaya qarşıdır» şüarını səsləndirərək, tərəfdarları Ankoricdə toplamağa çağırıblar.
//Samir Qurbanov, Editor.az