Moldovada hökumət parlament çoxluğunu təmin edə bilməsə, parlament seçkilərinin nəticələrini ləğv edə və ya yeni seçkilər keçirə bilər.
Editor.az xəbər verir ki, bu barədə Moldova parlamentinin üzvü Vasiliy Bolya deyib.
“Prezident Maya Sandu başda olmaqla “Hərəkət və Həmrəylik” partiyası və onun təyin etdiyi namizədlər səs çoxluğu əldə edə bilməsələr, düzgün nəticələr əldə olunana qədər seçkilər ləğv edilə və ya yeni seçkilər keçirilə bilər. Bu, artıq demokratiya deyil, açıq diktaturadır”,-deyə bildirilib.
Deputat bildirib ki, hökumət ictimaiyyəti qorxutmaq üçün “uydurma hədələrdən” istifadə edir. Bolya bildirib ki, vətəndaşlara Aİ ilə vizasız rejimin ləğv oluna biləcəyi və ya Rusiya qoşunlarının ölkəyə daxil ola biləcəyi ilə bağlı narahatlıqlar aşılanır.
“Bütün bunlar bəhanə kimi görünür. Amma yalan əbədi deyil. Sentyabrın 28-də xalq nümayiş etdirəcək ki, onları daha uydurma hekayələrlə idarə etmək olmaz. Onda ölkədə hər şey dəyişəcək”,-deyə o bildirib.
//Gülnarə Abasova, Editor.az