AZ

“Təntənəli” mərasim: AZAL ın göz yaşına bürünmüş tortu

ain.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Avqustun 8-də Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın doğum günü AZAL - Azerbaijan Airlines əməkdaşları tərəfindən "xüsusi” şəkildə "qeyd olundu”. Xüsusi deyəndə, yəni şəhid anasının qarşısına qızının şəkli olan tort qoyub: "Buyur, kəs” dedilər.

Bu nə hörmətdir, nə mərasim. Bu, yaralı qəlbin üstünə bıçaq vurub, sonra "hörmət əlamətidir” deməkdir. Sanki kiminsə evinə gedib yas yerində "şirin tort gətirdik, kəsin” demək kimi.

Şəhid anasına hörmət onun göz yaşını təzələməklə yox, göz yaşını silməklə göstərilir. AZAL-ın bu "tədbiri” isə ehtiramdan çox, hissiyyatsızlıq dərsidir.

Belə addımlar nə dövlət qurumunun adına şərəf gətirir, nə də şəhidin müqəddəs xatirəsinə yaraşır. Əksinə, cəmiyyətə açıq mesaj verir: "Biz insan psixologiyasını bilmirik.”

Hörmət, "qəlbi parçalamaq” deyil. Hörmət, onu qorumaqdır.

*

AZAL-dan verilən açıqlamada bildirilir ki, bu tortu AZAL sifariş verməyib və tədbirin təşkilatçısı da AZAL deyil, AZAL yalnız qonaq kimi dəvət edilmiş heyətlə tədbirdə iştirak edib.

Ancaq bu, AZAL əməkdaşlarının həmin an etiraz etməməsinin, belə duyarsızlıq qarşısında susmasının üzərinə əlavə suallar qoyur. Dövlət vətəndaşlarının psixologiyasını və şəhid ailələrinə hörməti bilmək, başa düşmək hər bir təşkilatın əsas vəzifəsidir. Gərək AZAL əməkdaşları həmin an hissiyyatsızlığa qarşı açıq etiraz edərdilər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
hurriyyet.az

3Mənbələr