AZ

FHN in tenderini udan şirkətin dövlətə vergi borcu varmış FOTO

Hurriyyet saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi su yolu hərəkət vasitələrinin tez-tez sıradan çıxan hissələrinin satın alınması üzrə tenderin qalibini müəyyən edib.

Hurriyyet.az xəbər verir ki, Tenderin qalibi ATLAS ALLİANCE GROUP Məhdud Məsuliyyətli Cəmiyyətidir. Tərəflər arasında 208.482,4 AZN-lik müqavilə bağlanması gözlənilir.32gun.az-ın əldə etdiyi məlumata görə, qalib şirkətin dövlətə 45 min manatdan çox vergi borcu mövcuddur. Şirkətin borcu 45.794,18 AZN təşkil edir.Qeyd edək ki, ATLAS ALLİANCE GROUP-un nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Azər İsmayılov Rəhəm oğludur.Xatırladaq ki, 2023-cü ilin sentyabr ayında general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəisi postuna Elnar İmanov təyin edilib.

32gun.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
2
hurriyyet.az

3Mənbələr