ain.az, sport24.az portalına istinadən məlumat yayır.
"Napoli"nin hücumçusu Romelu Lukaku "Olimpiakos"la yoldaşlıq görüşündə zədələnib. Sport24.az xəbər verir ki, bu barədə "Football İtalia"ya məlumat yayıb.
İlkin məlumata görə, 32 yaşlı belçikalı futbolçunun bud nahiyəsinin yuxarı hissəsində problem var. Bu təsdiqlənsə, Lukaku yeni mövsümün açılış matçında komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, "Napoli" avqustun 23-də A Seriyasının ilk turunda "Sassuolo" ilə qarşılaşacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.