AZ

Sumqayıta gələn futbolçunun keçidi bu səbəbdən baş tutmadı

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin "Sivasspor" klubundan ayrılan Samba Kamaranın "Sumqayıt"a keçidinin baş tutmasının təfərrüatları bəlli olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib. 32 yaşlı müdafiəçi üçün təyyarə bileti alınıb, hətta o, ölkəmizə də gəlib. Mali millisində bir oyun keçirmiş futbolçu maaş məsələsində "gənclik şəhəri" təmsilçisi ilə razılaşmadığı üçün geri qayıdıb.Kamaranın istədiyi məbləğ "Sumqayıt" üçün əlçatmaz olub. Klub rəsmiləri ona bu məvacibi verə bilməyəcəklərini söyləyiblər.Afrikalı oyunçu 2024/2025 mövsümündə "Sivasspor"da illik 211 min avro maaş alıb.Qeyd edək ki, Kamara "Sivasspor" aşağı liqaya düşdüyü üçün klubla müqaviləsini yeniləməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
sport24.az

2Mənbələr