AZ

Millimizin üzvü klubunu dəyişdi

style='margin-bottom:10px;'>

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ayşən Əhmədovanın yeni klubu müəyyənləşib.

QOLaz xəbər verir ki, 25 yaşlı müdafiəçi "Amedspor"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə 2025/2026 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Ayşən Əhmədovanın son klubu "Ünyespor" (Türkiyə) olub.

Seçilən
20
teleqraf.com

1Mənbələr