AZ

Rusiyada barıt zavodunda PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO

Rusiya Federasiyasının Ryazan vilayətində yerləşən “Elastik” barıt zavodunda partlayış baş verib.

Bizim.Media “Mash” teleqram kanalına istinadən xəbər verir ki, partlayış nəticəsində 5 nəfər həyatını itirib, daha 20 nəfər yaralanıb.

Hadisə zamanı sex binası tamamilə dağılıb, dağıntılar altında insanların qalma ehtimalı var. İlkin məlumata görə, partlayışa təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

Qeyd edək ki, müəssisə silah və sursat istehsalı üzrə ixtisaslaşıb.


Bizim.Media

Seçilən
84
bizim.media

1Mənbələr