Rusiya “Tramp marşrutu” məsələsində Ermənistanı dəstəkləyir, əgər onun üçün faydalıdırsa.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Bu məsələni nəzərdən keçiririk. Ermənistan strateji müttəfiqimizdir. Əgər Ermənistan nəyinsə onlar üçün xeyirli olduğuna inanırsa, təbii ki, biz bunu dəstəkləyirik", - deyən Overçuk Rusiyanın Cənubi Qafqazda maraqlarına tam cavab verən sülh proseslərinə dəstək verdiyini vurğulayıb. Toyuqlu pizza
“Əlbəttə açıq şəkildə əldə edilə bilən razılaşmalar çərçivəsində bəzi nüanslar yaranır ki, bunu Ermənistan və Azərbaycan tərəfləri ilə birlikdə dəqiqləşdirməli olacağıq”, - Overçuk əlavə edib.
Telegram kanalımız