AZ

"Ermənistan İranı inandıra bilib ki, “Tramp marşrutu” ilə bağlı Tehranın bütün “qırmızı xətləri”nə əməl olunub" - Əraqçı


Ermənistan Vaşinqton razılaşmalarından sonra "Tramp marşrutu" ilə bağlı İranın bütün “qırmızı xətlər”inə əməl olunduğuna Tehranı inandıra bilib.

APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçı IRNA-ya müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, məsələnin miqyası hələ tam aydın olmasa da, Ermənistan tərəfi suallara ətraflı cavab verməyə çalışıb.

Əraqçı qeyd edib ki, İran regionda geosiyasi dəyişikliklərdən ehtiyat edirdi, lakin bu, baş verməyib: “Əlbəttə gələcək proseslər də narahatlıq doğurur, lakin İranın yaxınlığında heç bir ABŞ hərbi qüvvəsi yerləşdirilməyəcək”.

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref isə deyib ki, “xarici ölkələr”in müdaxiləsi Cənubi Qafqazda davamlı təhlükəsizliyə töhfə vermir.

"İran regionda sülhün və sabitliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayıb və ölkələrin ərazi bütövlüyünə hörmətlə bağlı sarsılmaz mövqeyini bəyan etməklə yanaşı, xarici dövlətlərin regionun işlərinə müdaxiləsinin davamlı təhlükəsizliyə töhfə verməyəcəyinə inanır", - Reza Aref bildirib.

Seçilən
8
baki-xeber.com

1Mənbələr