AZ

Ənənəvi konservativ və modernist... İran hakimiyyətində iki əsas xətt arasında siyasi mübarizə gedir

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“İran hakimiyyətində hazırda iki əsas xətt arasında ciddi siyasi mübarizə gedir. Birincisi, ənənəvi-konservativ qüvvələrdir ki, onlar vaxtilə Azərbaycan-İran arasında gərginliyi yaratmışdılar. Bu qüvvələrin başında Ali dini lider və Sepah durur. İkincisi isə, modernistlərdir ki, onların başında Prezident Pezeşkian dayanır”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, əslən Güney azərbaycanlı lider İranın Azərbaycanla münasibətlərinin bərpasında əvəzedilməz rol oynayıb, Pezeşkianın Xankəndi səfəri və bu səfərdə cənab Prezident İlham Əliyevin onu qardaşcasına, “öz evinizdəsiniz” deyərək qarşılaması, xüsusilə qeyd edilə bilər.

Şəhla Cəlilzadə

Politoloqun fikrincə, Məsud Pezeşkian birincilərdən fərqli olaraq Zəngəzur dəhlizinin açılmasına və İranın bundan faydalanacağına dair optimistik və konstruktiv mövqedədir.

“Pezeşkian həmçinin ABŞ-la diplomatik danışıqların mümkünlüyünə və vacibliyinə də israr edir. 12 günlük müharibədə hərbi məğlubiyyətə uğrayan və ciddi zərbələr alan İranda özünümüdafiə instinktlərinin və beləliklə, ikinci xəttin üstün mövqe qazanacağını ehtimal etmək olar. İranın danışıqlar və qarşılıqlı dialoqa üstünlük verməsini təşviq etmək üçün Paşinyanın açıqlamaları da diqqətəlayiqdir. O, Zəngəzur dəhlizinin açılmasının razılaşma tərəfləri ilə yanaşı İran üçün də faydalı olacağını, Fars Körfəzi ilə Qara dəniz arasında, həmçinin Rusiya ilə İran arasında dəmir yolu bağlantısının yaradılmasına səbəb olacağını bildirib”-deyən politoloq vurğulayıb ki, İran “Müqavimət Oxu” prinsipindən, “qırmızı xətt” ritorikasından imtina edib regional əməkdaşlığa fokuslanarsa, bu, onun qarşıda gözlənilən təkrar qlobal təcrid - “snapback” sanksiyalardan (2015-c i il razılaşmasından öncəki sanksiyaların bərpasından) qurtulması yolunda da atılmış ilkin addım olar.

İradə Cəlil,Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
50
bizimyol.info

10Mənbələr