AZ

“Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası fəaliyyətini davam etdirəcək” - Aİ rəsmisi

“Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası fəaliyyətini davam etdirəcək və onun mandatına mümkün dəyişikliklər İrəvanla Brüssel arasında müzakirə olunacaq”.

Missiya.Az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə baş sözçüsü Anita Hipper deyib.  

“Misiyanın mandatı Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində vəziyyətin monitorinqini aparmaq və bu barədə məlumat verməkdir”, - deyə siyasətçi vurğulayıb.

Hipper bildirib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayır və tərəfləri mümkün qədər tez imzalayıb ratifikasiya etməyə çağırır. 

Daşqın HəsənovMissiya.Az

Seçilən
52
missiya.az

1Mənbələr