AZ

Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrupu toplaşacaq

Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda kommunikasiyaların açılması məsələsi ilə bağlı Bakı ilə üçtərəfli görüşün mümkünlüyünü müzakirə edəcək.

Modern.az xəbər verir ki,bu barədə gələn həftə İrəvana səfər edəcək M.Overçuk jurnalistlərə bildirib.

Rusiya baş nazirinin bildirdiyinə görə, digər məsələlərlə yanaşı, Ermənistanda Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələləri müzakirə olunacaq. Bundan əlavə, gələn həftənin sonunda Azərbaycan tərəfi ilə keçiriləcək görüşdə bu məsələlərə baxılacaq.

"Hələlik müzakirə edəcəyik. Çünki əgər söhbət dəmir yollarının bərpasından gedirsə, regionda nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasından gedirsə, o zaman burada üç nəfər arasında danışmaq daha yaxşıdır", - Overçuk görüşün üçtərəfli formatının nəzərdə tutulub-tutulmaması ilə bağlı suala cavabında deyib.

Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri - Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin həmsədrliyi ilə regionda kommunikasiyaların üçılması üzrə üçtərəfli işçi qrupunun sonuncu iclası 2 iyun 2023-cü il tarixində Rusiya paytaxtında baş tutub.

Xatırladaq ki, Ermənistan və Azərbaycan liderləri - Nikol Paşinyan və İlham Əliyev avqustun 8-də Vaşinqtonda birgə bəyannamə imzalayıblar və bunu ABŞ prezidenti Donald Tramp da şahid qismində imzalayıb. Bəyannaməyə əsasən, Ermənistan Zəngəzur dəhlizini 99 illiyə Amerika Birləşmiş Ştatlarlna icarəyə verib. Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP)  adlanacaq marşrut Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək. Amerika tərəfi torpaq sahəsini infrastruktur və idarəetməyə cavabdeh olan konsorsiuma subicarəyə verməyi planlaşdırır. Hər iki ölkənin xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciət də imzalayıblar. Daha sonra Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlikləri gələcək sülh sazişinin mətnini dərc ediblər.

Seçilən
3
modern.az

1Mənbələr