AZ

Britaniya hava limanında təyyarənin toqquşmasından sonra uçuşlar müvəqqəti olaraq təxirə salınıb

İki EasyJet təyyarəsinin toqquşması nəticəsində Böyük Britaniyanın Mançester hava limanında bütün uçuşlar qısa müddətə dayandırılıb. 

Operativ Media xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat verib.

Məlumata görə,  hadisə təyyarələr uçuş-enmə zolağına yaxınlaşarkən baş verib. Parisdən Cəbəllütariqə uçan təyyarələr  toqquşub. Hadisə EZY2267 (Mançester-Cəbəllütariq) və EZY2117 (Mançester-Paris Şarl de Qoll) reyslərində baş verib. Təyyarədə olan sərnişinlərdən heç birinin xəsarət almadığı bildirilir. 

Şəfa Hüseynli

Seçilən
12
operativmedia.az

1Mənbələr