Respublikamızın müxtəlif bölgələrindən yola salınan növbəti köç karvanı Ağdərə rayonunun Kolatağ və Vəngli kəndlərinə çatıb.
Hurriyyet.az xəbər verir ki, ümumilikdə 48 ailə (172 nəfər) doğma yurdlarına köçürülüb.
Onlardan 26 ailə olmaqla 89 nəfər Kolatağ kəndinə, 22 ailə olmaqla 83 nəfər isə Vəngli kəndinə yerləşdirilib.
Bununla da Ağdərə rayonunun 5 yaşayış məntəqəsinə köçürülən ailələrin sayı 407-yə (1420 nəfər) çatıb.
Report.az