AZ

Ağdərənin Vəngli və Kolatağ kəndlərinə 172 nəfər qayıtdı (FOTO)

Ağdərə. Trend:

Avqustun 15-də Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinə ilkköç oldu. Bu torpaqlar illər sonra doğma sakinlərini qarşıladı.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ilkinmərhələdə Kolatağ kəndinə 26 ailə – 89 nəfər, Vəngli kəndinə isə 22ailə – 83 nəfər köçürüldü.

Mənzillərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə vəXocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidməti PublikHüquqi Şəxsin icraçı direktoru Telman Kərimli sakinləri təbrikedib, onlara doğma yurdlarında firavan həyat arzulayıb.

T. Kərimli bildirib ki, işğaldan azad olunmuş ərazilərdəaparılan bərpa-quruculuq işləri dövlətin prioritetistiqamətlərindən biridir və bu bütün keçmiş məcburi köçkünlərin özdoğma evlərinə qayıtmasına xidmət edir.

“Bu gün biz tarix yazırıq. Burada atılan hər addım, yandırılanhər ocaq gələcəyin möhkəm təməlidir", - T. Kərimli kəndlərdə içməlisu, elektrik və qaz təchizatının, rabitə xəttinin tam bərpaolunduğunu da deyib.

Bundan başqa, küçələr abadlaşdırılıb, yol infrastrukturuyenilənib. ANAMA mütəxəssisləri də sakinlərin təhlükəsiz yaşamalarıüçün şəraitin yaradıldığını deyib, sakinləri xəbərdar daetdilər.Tanımadıqları əşya görərkən əl vurulmasın, çay sularınıngətirə biləcəyi minalardan da ehtiyatlı olsunlar. Doğma kəndlərinəqayıdan sakinlər də bu gün sevinclərini bölüşərək, bu günlərionlara yaşadanlara minnətdarlıqlarını bildiriblər.

Ağdərənin
Ağdərənin
Ağdərənin
Ağdərənin
Ağdərənin
Ağdərənin
Ağdərənin
Ağdərənin
Ağdərənin
Məqalədə:
Seçilən
3
6
az.trend.az

7Mənbələr