AZ

Bu ilin birinci yarısında 24 815 nikah və 10 350 boşanma qeydə alınıb

Bu ilin birinci yarısında 24815 nikah və 10350 boşanma halı qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,4-dən 4,9-a qədər artmış, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (6,4), Qarabağ (6,2), Mil-Muğan (5,7), Lənkəran-Astara (5,6), Şirvan-Salyan (5,4), Dağlıq Şirvan (5,1), Bakı (5,0) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,9) yüksək olub.

Seçilən
97
24
report.az

10Mənbələr