AZ

Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım yola salınıb - FOTO - YENİLƏNİB

Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə elektrik avadanlıqlarından ibarət yükün ikinci hissəsi yola salınıb.

Apa xəbər verir ki, yardım yük maşınları vasitəsilə Sumqayıt Texnologiyalar Parkından göndərilib.

Elektrik kabelləri və naqillərindən ibarət humanitar yardım 9 yük maşını ilə yola salınıb.

Qeyd edək ki, Ukraynaya humanitar yardımın göstərilməsi Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında həyata keçirilib.

Xatırladaq ki, yardımın birinci hissəsi avqustun 13-də 10 yük maşınından ibarət karvanla yola salınıb.

Humanitar yardımın tərkibinə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, 7 dəst transformator və 25 generator daxildir.

Yardımın ümumi dəyəri 2 milyon dollar təşkil edir.

***

14:00

Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə elektrik avadanlıqlarından ibarət yükün ikinci hissəsi yola salınır.

Apa xəbər verir ki, yardım yük maşınları vasitəsilə Sumqayıt Texnologiyalar Parkından göndərilir.

Humanitar yardım 9 yük maşını ilə yola salınır.

Qeyd edək ki, Ukraynaya humanitar yardımın göstərilməsi Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında həyata keçirilir.

Xatırladaq ki, yardımın birinci hissəsi avqustun 13-də 10 yük maşınından ibarət karvanla yola salınıb.

Humanitar yardımın tərkibinə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, 7 dəst transformator və 25 generator daxildir.

Yardımın ümumi dəyəri 2 milyon dollar təşkil edir.

Seçilən
38
49
qaziler.az

10Mənbələr