AZ

Rza Cəfərov Neftçi ni bu kluba dəyişmək üzrədir Təklif göndərildi

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

"Neftçi"nin qapıçısı Rza Cəfərov iş yerini dəyişə bilər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, onun xidmətində "Araz-Naxçıvan" maraqlıdır.

Naxçıvan təmsilçisi artıq bu yöndə hərəkətə keçib və Bakı təmsilçisinə müraciət edib.  Azərbaycan millisinə davamlı şəkildə dəvət almaq istəyən Rzanın özü də müntəzəm oynayacağı kluba keçməkdə maraqlıdır. Məsələyə yaxın günlərdə aydınlıq gələcəyi gözlənilir.

Xatırladaq ki, Rzanın daha öncə Buxarest "Dinamo"suna keçmək variantı olsa da, transfer baş tutmayıb.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
2
fanat.az

3Mənbələr