Tədbirdə İcra Hakimiyyətinin məsul şəxsləri ilə yanaşı, şəhərdə fəaliyyət göstərən müvafiq xidmət sahələrinin və idarələrin rəhbərləri – kommunal təsərrüfat, məşğulluq xidməti, səhiyyə, təhsil, sosial müdafiə orqanlarının nümayəndələri də iştirak ediblər.
Səyyar qəbul zamanı sakinlər tərəfindən səsləndirilən müxtəlif məzmunlu müraciətlər, təkliflər və problemlər diqqətlə dinlənilib. Zakir Fərəcov hər bir müraciətə fərdi qaydada yanaşaraq, operativ həllini tələb edən məsələlərin dərhal icrası üçün aidiyyəti qurumlara yerində tapşırıqlar verib. Həlli müəyyən vaxt tələb edən müraciətlər isə məsul strukturların icraatına yönləndirilib və icrasına ciddi nəzarət olunacağı bildirilib.
İcra başçısı sakinləri əmin edib ki, qaldırılan bütün məsələlər diqqət mərkəzində saxlanılacaq, onların həlli üçün zəruri addımlar atılacaq. Görüş çərçivəsində həmçinin şəhərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və abadlıq layihələri, müasir infrastrukturun formalaşdırılması istiqamətində görülən işlər barədə də ətraflı məlumat verilib.
Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq təşkil olunan bu kimi səyyar görüşlər şəhər sakinləri ilə birbaşa ünsiyyətin gücləndirilməsi, onların gündəlik həyatında üzləşdikləri çətinliklərin vaxtında müəyyənləşdirilərək aradan qaldırılması və vətəndaş məmnuniyyətinin artırılmasına xidmət edir.






10Mənbələr
-
ikisahil.azMillət vəkili növbəti vətəndaş qəbulunu keçirib ( 20457768)
-
aia.azMillət vəkili növbəti vətəndaş qəbulunu keçirib -Fotolar ( 20456235)
-
unikal.azMəcnun Məmmədov Naxçıvanda fermer təsərrüfatlarına baş çəkdi FOTOLAR ( 20383872)
-
demokrat.azZakir Fərəcov sakinlərin müraciətlərini yerində dinlədi — FOTOLAR ( 20375892)
-
unikal.azZakir Fərəcov sakinlərin müraciətlərini yerində dinlədi FOTOLAR ( 20374566)
-
525.azSumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib ( 20351817)
-
apa.azSumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib - FOTO ( 20351349)
-
7times.azElnur Rzayev Yeni Həyat qəsəbəsində növbəti səyyar qəbul keçirib – FOTOLAR ( 20342838)
-
aia.azMilli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə sakinlərlə görüşüb -Fotolar ( 20336760)
-
unikal.azTaleh Qaraşov kənd sakinlərinin qayğı və problemlərini dinlədi FOTOLAR ( 20327091)