AZ

Azərbaycanda 50 minə yaxın yeni iş yeri açılıb

2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 48,9 min yeni iş yeri açılıb.

 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Bu dövrdə yaradılmış iş yerlərinin 92,1 faizi qeyridövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 74,7 faizi Bakı şəhərinin, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, 24,2 faizi digər regionların, o cümlədən 8,3 faizi Abşeron-Xızı, 2,6 faizi Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 2,3 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Qarabağ, 1,4 faizi Lənkəran-Astara, 1,1 faizi Mərkəzi Aran, 1,1 faizi Şərqi Zəngəzur, 1,0 faizi ŞirvanSalyan, 0,8 faizi Qazax-Tovuz, 0,5 faizi Dağlıq Şirvan və 0,5 faizi Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.

 

Yeni açılmış iş yerlərinin 10,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 1,1 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Tarix: 15 Avqust 2025, 15:24   
Seçilən
8
9
pravda.az

10Mənbələr