Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda cari ilin yanvar-iyul aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 1 862,7 kiloqramı qızılın, 2 533,5 kiloqramı isə gümüşün payına düşüb.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, qızıl istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 49,2%, gümüş istehsalı isə 32,9% artıb.
Avqustun 1-nə olan vəziyyətə əsasən, ölkədə 167,5 kiloqram hazır qızıl, 577,3 kiloqram hazır gümüş ehtiyatı var.
Bizi sosial şəbəkələrdən izləyin!!