AZ

Almaniya Çexiyanın “Leopard 2A4” tanklarına texniki xidmət göstərəcək

Almaniyanın “Rheinmetall Landsysteme GmbH” şirkəti Çexiya Ordusunun “Leopard 2A4” əsas döyüş tanklarına və “Buffalo 3” zirehli təmir-təxliyə maşınlarına texniki xidmət və logistika dəstəyi göstərəcək.

“Poliqon” “Rheinmetall” şirkətinə istinadən xəbər verir ki, bunula bağlı şirkət və Çexiya Müdafiə Nazirliyi arasında 250 milyon avro dəyərində müqavilə imzalanıb.

Yeni bağlanmış müqavilənin müddəti 7 ildir və “Rheinmetall”ın törəmə şirkəti “Rheinmetall Landsysteme GmbH” tərəfindən həyata keçiriləcək. Müqavilə, Çexiya Ordusunun 42 ədəd “Leopard 2A4” tankına və iki ədəd “Buffalo 3” zirehli təmir-təxliyə maşınına bir sıra xidmətlərin göstərilməsini əhatə edir.

Bu xidmətlərə ehtiyat hissələrinin ilkin və davamlı təchizatı, müştəri xidməti dəstəyi, zavod və montaj təmirləri, təlim xidmətləri, texniki və logistika dəstəyi, müvəqqəti infrastruktur təminatı və müvafiq layihə idarəetməsi daxildir.

“Rheinmetall Landsysteme GmbH” həmçinin müqavilənin icrasında Çexiya sənayesi ilə əməkdaşlıq etməyi və müvafiq subpodraçıtlarla çalışmağı planlaşdırır. Burada əsas diqqət təmir və texniki xidmət dəstəyinə, o cümlədən zəruri bilik və texnologiya transferinə yönələcək. Bu məqsədlə Çexiyanın “VOP CZ s.p.” dövlət şirkəti ilə niyyət protokolu da imzalanıb.

Seçilən
12
poliqon.az

1Mənbələr