"Neftçi"nın qapıçısı Rza Cəfərov komandanı tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, onun xidmətində "Araz-Naxçıvan" klubu maraqlıdır. Bu barədə Fanat.az portalı məlumat yayıb.
Saytımıza daxil olan məlumata görə, "flaqman" razılıq versə, bu keçid baş tutacaq.
Rza da bu transferə müsbət yanaşır. O, davamlı oynaya biləcəyi kluba keçmək istəyir.
Qeyd edək ki, 21 yaşlı qapıçı ötən mövsüm "Neftçi"nin əsas kapitanı idi. Lakin o, dünən açıqlanan yeni kapitanların siyahısında yer almayıb.