“Ferensvaroş” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la oyunlar üçün heyəti bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, Macarıstan klubu təmsilçimizlə oyuna 23 futbolçu sifariş edib. Bunlardan 5 oyunçu hücumçudur.
Qapıçılar: Denes Dibuş, David Qrof,
Müdafiəçilər: Stefan Qartenmann, Endre Botka, İbrahim Sisse, Kadu, Cebrail Makrekis, Qabor Salai, Norbert Kayan, Toon Raemaekers, Barnabaş Naqi.
Yarımmüdafiəçilər: Nabi Keyta, Conatan Levi, Kristoffer Zakariassen, Bense Etvöş, Qabi Kaniçovski, Aleks Tot, Kallum O’Douda.
Hücumçular: Lenni Jozef, Aleksandar Peşiç, Barnabaş Varqa, Daniel Arzani, Jombor Qruber
Xatırladaq ki, Habin Mayqa və bu ilin fevral ayında “Qarabağ”dan “Ferensvaroş”a keçən Julio Romao zədə səbəbindən hər iki matçı buraxacaq.
Qeyd edək ki, “Qarabağ” “Ferensvaroş”a qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də evdə keçirəcək.