AZ

Qarabağ ın yeni simvolu: Həm əsəbiləşdirdi, həm diqqət mərkəzində oldu AÇIQLAMA

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məlum olduğu kimi, “Qarabağ”- “Şkendiya” matçı zamanı “Kəhər” maskotunun davranışları müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, hətta bir sıra davranışlarına görə, maskotun stadiondan qovulduğu bildirilirdi.

“Qarabağ” FK tərəfindən verilən açıqlamada yayılan məlumatların həqiqəti əks etdirmədiyi deyildi.

Bu dəfə isə maskot ətrafındakı müzakirələr “idman polisi”nin yaradılması barədə fikirlərin ortaya atılmasına səbəb olub.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan “Futbolpress” saytının baş redaktoru Elçin Cəlilov idman polisinin yalnız futbolun inkişaf etdiyi ölkələrdə olduğunu deyib:

“Futbol baxımından inkişaf edən ölkələr” deyəndə onu nəzrədə tuturam ki, bu ölkələrdə futbol öz-özünü maliyyələşdirir, böyük bir maddi sənayedir. Məsələn, Almaniya, İtaliya, ortabab ölkələrdən Avstriya, Rumınya, Macarıstanda futbol meydançalarında stüartlar olur.

Azərbaycanda da belə olması üçün bu sahədə özəl şirkətlər yaranmalıdır ki, klublar da onlarla əməkdaşlıq etsin. Amma bunun üçün də zaman lazımdır. Bu, spesifik sahədir. O sahəyə aid mühafizəçilərin yetişdirilməsi üçün də bir zaman keçməlidir.  Düşünürəm ki, bizdə bu sahəyə maraq göstərən şirkətlər olmayacaq. Olsaydı, lap yaxşı. Ölkəmizdə bunun perspektivini görmürəm. MDB ölkələrinin demək olar ki, hamısında polislər  bu işə baxır”.

E.Cəlilov maskotun hərəkətləri və stadiondan qovulması barədə məlumatlara da münasibət bildirib:

“Bütün dünya stadionlarında bu maskot məsələsi var. “Qarabağ”da istədi ki, beynəlxalq trendə uyğun hərəkət etsin. Burada təbii ki, klubun günahı yoxdur.  Deyilənə görə, klubun əməkdaşlıq etdiyi, maskotu hərəkətə gətirən şəxsin müəyyən hərəkətləri ilə bağlı xoşagəlməz məqamlar olub. Ona görə də stadiondan qovulub. Amma təbii ki, klub bunu inkar edir. Orada müəyyən mübahisə yarandığını kadrlardan görmək olur, amma qovulduğunu görməmişəm. Hesab edirəm ki, maskot məsələsində  təcrübəli şəxs varsa, onlar həmin adamlarla daimi əməkdaşlıq etməlidir. Çünki həmin şəxs kütlə ilə işləməyi, hansı reaksiyalarla qarşılaşacağını bilməlidir.

Düşünürəm ki, bu elə faciəvi bir məsələ deyil, onu əyləncəyə çevirmək olardı. Məncə, buna əks-reaksiya  verən adamda da günah görmək olmaz. 

Ümumiyyətlə, maskot məsələsini bu qədər müzakirə etməkləri bekarçılıqdandır”.

Qeyd edək ki, "Kəhər" maskotu oyundan əvvəl hələ təqdimat zamanı da müzakirələrə səbəb olmuşdu. Sosial şəbəkələrdə bəziləri maskotu maraqlı ideya kimi qiymətləndirsə də, bir qisim daha güclü simvola ehtiyac olduğunu vurğulamışdı.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
olke.az

2Mənbələr