AZ

Azərbaycanda işsizlik səviyyəsi 5,2 faizdir

2025-ci il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 355,4 min nəfər olmuş, onlardan 5 milyon 74,2 min nəfərini məşğul, 281,2 min nəfərini və ya 5,2%-ni işsiz əhali təşkil etmişdir.

Marja.az 2025-ci ilin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə istinadən xəbər verir ki, cari il iyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 770,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 864,2 min nəfər, qeyri-dövlət sektorunda isə 906,6 min nəfər təşkil etmişdir.

İqtisadiyyatın neft-qaz sektorunda 31,2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 739,6 min nəfər çalışmışdır.

Seçilən
16
marja.az

1Mənbələr