AZ

Tramp Alyaskaya yola düşüb | VİDEO

Donald Tramp bu barədə özünün "Truth" hesabında məlumat verib. Məlumata görə, o, artıq Ağ Evdən çıxaraq, Merilend ştatındakı "Endrüs" aviabazasına yola düşüb; oradan isə Alyaskaya gedəcək.

Digər tərəfdən, görüşdə iştirakı gözlənən ABŞ nümayəndə heyətinin siyahısı da açıqlanıb. Onların dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkof da var.
Tramp-Putin görüşü| Zəngəzur dəhlizi də gündəlikdədir

Vladimir Putin və Donald Tramp Ankoric şəhərində bu gün Moskva saatı ilə 22:30-da görüşəcəklər. Gündəlikdəki əsas mövzu Ukrayna böhranının həllidir, eyni zamanda, bir sıra digər məsələyə da baxılacaq. Rusiya tərəfindən danışıqlara Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Vyaçeslav Belousov, maliyyə nazirliyi Anton Siluanov və Rusiya Birbaşa İnvestisiya Fondunun (RFPİ) rəhbəri Kiril Dmitriyev də qoşulacaqlar. Görüşün yekununda liderlər birgə mətbuat konfransı keçirəcəklər.

Firudin Həmidli
AzVision.az
Seçilən
1
azvision.az

1Mənbələr