AZ

“Ailə dəyərlərinin qorunmasında məktəbin rolu”

Bu mövzuda HDİM İB növbəti tədbirini İsmayıllı rayonunda keçirib

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Ənənəvi yüksək dəyərlərin təbliği” layihəsini uğurla davam etdirməkdədir. HDİM İB layihənin icra planına uyğun olaraq növbəti tədbirini avqustun 15-də İsmayıllı rayonunda mərkəzi kitabxanada keçirib. Maraqlı müzakirələr, diskussiya şəraitində keçən tədbiri giriş sözü ilə açan HDİM İB-in sədri İlham Əliyev layihə ilə bağlıiştirakçılaraətraflı məlumat verib. O çıxışında Azərbaycanın özünəməxsus nümunəviadət, ənənəsinin, ailə dəyərlərinin olduğunu və bu dəyərlərinqorunub, saxlanmasında və inkişaf etdirilməsində dövlətimizin geniş işlər gördüyünü söyləyib. Layihə rəhbəri onu da qeyd edib ki, məktəbli uşaqlar milli irsimizə daha çox maraq göstərməli, öyrənməlivə təbliğ etməlidir.
İlham Əliyev çıxışında ailə dəyərlərinin sağlam, milli maraqlara uyğun inkişaf etdirilməsinin vacibliyini bildirib və uşaqları, yetişməkdə olan gənc nəsli, ümumilikdə cəmiyyətin bütün təbəqələrini ailə dəyərlərimizə hörmət və rəğbət göstərməyə çağırıb.
Elmi isçi Afaq Orucova bəşəri və milli dəyərlər haqqında danışıb və müasir dövrdə inteqrasiya prosesləri fonunda milli-mənəvi dəyərlərimizin təzyiqə məruz qaldığını bildirib.Vüsalə Mənsimova isə çıxışında bildirib ki, müasir dövrün yenilikləri mədəniyyətlərə və milli mənəvi dəyərlərə zərər vurur, bunun qarşısını almaq üçün biz öz dəyərlərimizi daha çox qorumalı və yaşatmalıyıq. YAP-ın İsmayıllı rayon təskilatınin sədri Zaur Muradov isə çıxışında uşaqların, yeniyetmə və gənclərin məktəbləyanaşı ailədə valideynlər tərəfindən milli, mənəvi dəyərlərimiz, adət ənənələrimiz, sağlam ailə modeli haqqında əsaslı bilgilər əldə etmələrinin vacib olduğunubildirib. Qeyd edib ki, bu vacib amilin həyata keçirilməsiiləgənclərimiz Azərbaycanı daha çox sevər, milli ruha daha geniş formada bağlı olar. Digər çıxış edənlər, o cümlədən muəllimə Günel Mənsimova, , rayonun Gulyan kənd sakini Namiq Mürsəliyev, İsmaýıllı MKS əməkdaşi Aytən Qəmbərova, rayonun Zərnova kənd sakini Namiq Aslanov və digərlərimüasir dövrdə gənclərin milli ruhunda tərbiyəolunmasının cəmiyyətimizin inkişafına geniş miqyaslı töhfələr verəcəyini bildiriblər.Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Seçilən
24
2
sia.az

3Mənbələr