AZ

Dostların zarafatlaşması qanla bitdi

Xaçmazda bıçaqlanma hadisəsi baş verib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, şəhər sakini Fərhad Teymur oğlu Əliyev mübahisə zəminində dostu Mehrab Məmmədağa oğlu Əskərovu küçədə bıçaqlayıb.

Bildirilib ki, 1972-ci il təvəllüdlü F.Əliyevlə 1976-cı il təvəllüdlü M.Əskərov uzun illərdir ki, dostuq edirlərmiş. Həmin gün onlar küçədə bir-biri ilə zarafatlaşıblar. Fərhad Əliyevin zarafat etməsində hansısa məqam Mehrab Əsgərovun xoşuna gəlməyib və o, F.Əliyevi söyüb. Söyüşdən əsəbiləşən F.Əliyev dostunu bıçaqlayıb.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən F.Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Seçilən
26
3
axar.az

4Mənbələr