AZ

“WhatsApp”ın yeni funksiyaları təqdim edilib  

“WhatsApp”da qrup zənglərini daha rahat və proqnozlaşdırıla bilən etmək üçün bir neçə yeni funksiya əlavə edilib. İndi artıq görüşü əvvəlcədən planlaşdırmaq və lazım olan bütün iştirakçıları dəvət etmək mümkündür. Bunun üçün “Calls” bölməsində “plus” düyməsinə klikləyərək “Schedule calls” seçimini etmək kifayətdir. Tətbiq tarix, vaxt və iştirakçıları göstərməyi təklif edəcək. Planlaşdırılmış zəngləri redaktə etmək, iştirakçı əlavə və ya silmək mümkündür. Görüş başlamazdan əvvəl bütün dəvətlilərə qoşulma vaxtının gəldiyi xatırladılacaq.

Daha bir yenilik isə söhbət zamanı interaktivliyin artırılmasıdır. “Raise hand” funksiyası vasitəsilə başqalarının sözünü kəsmədən danışmaq imkanı yaranacaq. Tez reaksiya vermək üçün isə zəng zamanı birbaşa emojilərdən istifadə etmək olar. Bu yolla söhbətə müdaxilə etmədən emosiyaları ifadə etmək mümkündür. Artıq zəng üçün link yaradan istifadəçiyə kimsə dəvət vasitəsilə qoşulduqda bildiriş göndəriləcək. Bu xüsusilə işgüzar və ya açıq qruplar üçün əlverişlidir, çünki söhbətə kimin və nə vaxt qoşulduğunu bilmək vacibdir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
2
azerbaijan-news.az

1Mənbələr