Çinin paytaxtı Pekində ölkənin futuristik konsepsiyalı ilk robot satış mərkəzi fəaliyyətə başlayıb. Ötən həftə qapılarını açan bu unikal mağaza insanabənzər, istehlakçı yönümlü robotların satışına yönəlib.
Mağazada iş görən robotlardan tutmuş şahmat oynayan robotlara və hətta Albert Eynşteyn kimi məşhur simaların insanabənzər surətlərinə qədər 100-dən çox müxtəlif növ robotlar nümayiş etdirilir. Robot mağazası satış, ehtiyat hissələri və texniki xidmət də daxil olmaqla geniş çeşiddə xidmətlər təklif edir.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”