AZ

ADMİU yüksək nəticə göstərən tələbələrinə bu imtiyazları verir

Hər il bəzi universitetlər yüksək nəticə göstərən tələbələr üçün motivasiya xarakterli xüsusi imtiyazlar təqdim edir. Məqsəd tələbələri akademik göstəricilərini yüksəltməyə təşviq etmək və onların təhsil imkanlarını genişləndirməkdir.

AzEdu.az bu imtiyazları öyrənmək məqsədilə universitetlərin mətbuat xidmətləri ilə əlaqə saxlayıb.

Universitetdən verilən məlumata görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2025-2026-cı tədris ili üçün yüksək nəticə göstərən tələbələrə əlavə təqaüd verilməsi qərara alınıb.

Bakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb olunan vokal sənəti (sahələr üzrə), instrumental ifaçılıq (sahələr üzrə), musiqişünaslıq, qrafika və rəngkarlıq ixtisasları üzrə qabiliyyət imtahanlarında ən yüksək nəticə (10 bal) toplayaraq dövlət sifarişi əsasında qəbul olan tələbələr, tədris ilinin hər ayı üçün universitet tərəfindən 100 manat məbləğində əlavə təqaüd alacaqlar.

Magistratura səviyyəsində isə xüsusi qabiliyyət tələb olunan instrumental ifaçılıq, musiqişünaslıq, rəngkarlıq və qrafika ixtisaslarına dövlət sifarişi əsasında qəbul olan magistrantlara da tədris ilinin hər ayı üçün 100 manat məbləğində əlavə təqaüd veriləcək.

Seçilən
10
azedu.az

1Mənbələr