AZ

"Real Sosyedad"ın yapon ulduzu bu kluba təklif edildi 

"Real Sosyedad"da forma geyinən 24 yaşlı yapon cinah oyunçusu Takefusa Kubo menecerlər vasitəsi ilə "Fənərbağça"ya təklif edilib. 


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hazırki bazar dəyəri 30 milyon avro olan Kubonun ispan klubundan ayrılmaq istədiyi bildirilir.

Ötən mövsüm 52 matçda meydana çıxan yapon futbolçu 7 qol və 4 asistlə yadda qalıb.

Futbolçu eyni zamanda Yaponiya millisində 44 dəfə meydana çıxıb, 7 qol vurub.

Seçilən
4
manset.az

1Mənbələr