AZ

Sabah lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək

Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avqustun 16-da 2025-2026-cı tədris ili üzrə şagidlərin yerdəyişmə prosesi imtahanla həyata keçirilən lisey və gimnaziyaların 5, 6, 7, 8 və 9-cu siniflərinə qəbul imtahanı həyata keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumat yayıb.

Avqustun 26-da ibtidai siniflər üçün müsabiqənin müsahibə formatında təşkili nəzərdə tutulur. İmtahana dair məlumatlar valideynlərin şəxsi kabinetinə göndərilib. Sezar pizza

Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi üzrə müsabiqələr müəssisələr tərəfindən müəyyənləşdirilmiş tarixlərdə keçiriləcək.

Nəzərinizə çatdırırıq ki, lisey və gimnaziyalara verilən boş yer və müraciət sayları nəzərə alınaraq bəzi siniflər və müəssisələr üzrə müsabiqə ləğv edilib. Şagirdlər avtomatik olaraq seçim etdikləri müəssisələrə yerləşdiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
40
yenisabah.az

10Mənbələr