Bu gün Asiya Çempionlar Liqası Elit turnirinin püşkatma mərasimi keçirilib.
Publika.az xəbər verir ki, qitənin əsas klub yarışında ilk dəfə iştirak edəcək Təbrizin "Traktor" klubunun da rəqibləri məlum olub.
Qərb zonasında yer alan İran çempionu "Əl-Sədd" (Qətər), "Əl-Şorta" (İraq), "Əl-Duhail" (Qətər), "Əl-Vahda" (BƏƏ), "Şabab Əl-Əhli" (BƏƏ), "Nasaf" (Özbəkistan), "Şarca" (BƏƏ) və "Əl-Ğarafa" (Qətər) ilə qarşılaşacaq.
Qeyd edək ki, yarış sentyabrın 15-də start götürəcək. Asiya Çempionlar Liqası Elit turnirində 24 komanda iki zonaya - qərb və şərqə bölünüb. Komandalar vahid turnir sistemində mübarizə aparır. Hər komanda səkkiz oyun keçirəcək. Nəticədə qərb və şərq zonalarında ilk səkkizliyə düşən komandalar 1/8 finala yüksələcək. Bu mərhələdə də klublar yalnız öz zonalarının təmsilçiləri ilə qarşılaşacaqlar. Yalnız 1/4 finaldan etibarən qərb və şərq zonaları birləşəcək.