AZ

Duqin rusları “FSB” əməkdaşlarına “Tanrının elçiləri” kimi yanaşmağa çağırdı...

Yazını böyüt
Yazını kiçilt

Rusiya vətəndaşları hüquq-mühafizə orqanlarının - Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi, Federal Təhlükəsizlik Xidməti(FTX-“FSB”), “Rosqvardiya” və Prokurorluğun nümayəndələrinə “Tanrı qorxusunun elçiləri” kimi yanaşmalıdırlar.

Hafta.az “Moscowtimes” nəşrinə istinadla xəbər verir ki, bu sərsəm bəyanatla “Avrasiyaçılıq” konsepsiyasının müəllifi, “Rus dünyası”nın əsas ideoloqlarından biri olan filosof hesabe dilən Aleksandr Duqin öz telegram-kanalında çıxış edib .

ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiya siyahısında olan və Qərb mediasının Vladimir Putinin “müəllimi”, “vicdanlı vətənpərvər” adlandırdığı Duqinin fikrincə, Rusiya vətəndaşları nə əlaqələrini və səfər yerlərini gizli saxlamalı, nə də “FSB” tərəfindən izlənilməkdən qorxmamalıdır.

Duqin yazır: "Rusiyalı üçün “FSB” bizimdir. Onlar ölkəmizə və həyatımıza cavabdehdirlər. Bu uşaqlar heç vaxt Ukraynanı tərk etmirlər, ölürlər, daxili düşmənləri tuturlar, özlərini təhlükəyə atırlar".

Onun fikrincə, bütün təhlükəsizlik işçilərini “kilsə etmək” lazımdır, çünki bu, “ən etibarlı şey”dir və rus vətənpərvərinin davranış kodeksindən hər hansı bir sapma (filosof bunun nə olduğunu izah etmir) “inanılmaz qəddarlıqla cəzalandırılmalıdır”.

Duqin onu da bildirir ki, onun fikrincə, ruslar artıq məişət texnikası, xüsusən də qəhvəçəkənlər və rozetkalar tərəfindən izlənilir. "Və onlar daha da artacaqlar. Məsələ burasındadır ki, kimlər izlənəcək - düşmənlər, yoxsa biz? Rusiya xüsusi xidmət orqanlarının liberal demonizasiyası ilə vidalaşmağın vaxtı çatıb", - filosof çağırır.

Duqin daha əvvəl bəyan etmişdi ki, Qərb Rusiyanı özünün əsas düşməni kimi qəbul edir, çünki Rusiya prezidenti Vladimir Putin ənənəvi dəyərləri bərpa edir və ölkəni qlobal təsirdən çıxarır. Onun fikrincə, Qərbin “proqressiv elitası” arasında Putinə qarşı nifrət yaradan da budur.

Seçilən
4
hafta.az

1Mənbələr