AZ

Ölkələrin strateji nöqtələrinə nüvə bombası atılsa... - Siyahıda Türkiyə də var

Dünyanın ən sıx məskunlaşmış şəhərlərinə 50 meqaton gücündə, Xirosimaya atılan bombadan təxminən 3 min dəfə güclü “Çar” atom bombası atılsa, nə qədər insanın həlak olacağı ilə bağlı simulyasiya aparılıb.

Publika.az “Haber7”yə istinadla xəbər verir ki, müasir dövrün ən dağıdıcı silahlarından olan nüvə bombası təkcə fiziki deyil, həm də sosioloji və psixoloji fəlakətlərə yol aça bilər.

Bildirilib ki, 2025-ci ilin hesablamalarına əsasən, Rusiyanın 5459, ABŞ-ın 5177 və Çinin 600 ədəd nüvə silahı ehtiyatı var.

Simulyasiya nəticələrinə görə, belə bir hücum on minlərlə insanın həyatına son qoya bilər. Məsələn, Almaniyanın paytaxdı Berlində belə bir hücum nəticəsində 2368 nəfər həyatını itirə bilər. Bu rəqəm Rusiyanın paytaxtı Moskvada 6329, Fransanın paytaxtı 6035, İranın paytaxtı Tehranda 6669, Nyu-York ştatında 6745, Meksikada 9361, Hindistanın paytaxı Dehlidə 11055 nəfərdir.

Seçilən
18
publika.az

1Mənbələr