AZ

Müavinət alan çoxuşaqlı qadınların sayı açıqlandı

Hazırda ölkə üzrə beşdən çox uşağı olan 2 861 qadın ümumən 12 791 uşağa görə sosial müavinət alır.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

2025-ci ilin ilk 6 ayında beşdən çox uşağı olan 243 qadına ümumən 1 429 uşağa görə müavinət təyin olunub. Dördpendirli pizza

"Hazırda hər uşağa görə təyin olunan müavinətin məbləği 140 manat təşkil edir", - məlumata əlavə edilib.

2018-2025-ci illərdə icra olunan davamlı sosial islahatlar beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinətin 4,2 dəfə artaraq 33 manatdan 140 manata çatmasına imkan verib.


Telegram kanalımız
Seçilən
34
5
yenisabah.az

5Mənbələr