AZ

Maestro Niyazinin doğum günü qeyd olunacaq

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Filarmoniyada Maestro Niyazinin doğum günü qeyd olunacaq.

Publika.az xəbər verir ki, 20 avqustda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Yay zalı”nda görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Maestro Niyazinin doğum gününə həsr olunmuş konsert keçiriləcək.

Konsertdə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu altında Niyazi adına Dövlət Simfonik Orkestri və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dəstəyi ilə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Vasif Adıgözəlovun, Asəf Zeynallının və Maestro Niyazinin seçilmiş əsərləri ifa olunacaq.

Seçilən
12
11
publika.az

10Mənbələr