AZ

Bu ilin birinci arısında 49 minə yaxın yeni iş yeri açılıb

2025-ci ilin altı ayında Azərbaycanda 48,9 min yeni iş yerləri açılıb. Yeni yaradılmış iş yerlərinin 92,1 faizi özəl sektorunun payına düşüb. Sözügedən iş yerlərinin 74,7 faizi Bakı şəhərində, 1,1 faizi Naxçıvan Muxtar Respublikasında, 24,2 faizi digər regionlarda yerləşir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yeni açılan iş yerlərinin 10,8 faizi elə yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 1,1 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Seçilən
16
9
vergiler.az

10Mənbələr