AZ

Xaçmazda dostların zarafatı QANLA BİTDİ – TƏFƏRRÜAT

Xaçmaz rayonunda küçədə baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.

Şəhər sakini, 1972-ci il təvəllüdlü Fərhad Teymur oğlu Əliyevlə 1976-cı il təvəllüdlü Mehrab Məmmədağa oğlu Əskərov uzun illərdir ki, dostuq edirlərmiş. Həmin gün onlar küçədə bir-biri ilə zarafatlaşıblar. Fərhad Əliyevin zarafat etməsində hansısa məqam Mehrab Əsgərovun xoşuna gəlməyib və o, F.Əliyevi söyüb. Söyüşdən əsəbiləşən F.Əliyev dostunu bıçaqlayıb.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən F.Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

09:52

Xaçmazda bıçaqlanma hadisəsi baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin ehtimallara görə, şəhər sakini Fərhad Teymur oğlu Əliyev mübahisə zəminində tanışı Mehrab Məmmədağa oğlu Əskərovu küçədə bıçaqlayıb.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən F.Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.\\Oxu.Az

Seçilən
20
3
nocomment.az

4Mənbələr